Qaynar xətt:

(+99450) 247 90 86

Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı (VİDEO)

SİYASƏT

1849

11.04.2018, 16:07

 Ermənistan parlamentində “Elk” partiyasından olan müxalifətçi deputatlar özünəməxsus etiraz aksiyası keçiriblər.

Oxu24.com  erməni KİV-nə istinadən xəbər verir ki, deputatlar Ararat Mirzoyan və Lena Nazaryan iclas zamanı fişənglərlə “azadlıq məşəli” yandırıblar.  Çıxış üçün tribunaya çıxan Mirzoyan ölkə əhalisini partiyaları tərəfindən keçiriləcək, eks-prezident Serj Sarkisyanın baş nazir postuna irəli sürülməsinə etiraz aksiyasında iştirak etməyə çağırıb: “Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətə gəlişinin qarşısını ala biləcəyimiz, Respublikaçılar partiyasının idarəçiliyinə son verə biləcəyimiz məqam yetişib. Bunun üçün aprelin 13-ü Azadlıq meydanına gəlmək lazımdır”.